“Sabah” sevindi, “Neftçi”üzüldü

Bu gün Azərbaycan basketbol liqasında VIII turun növbəti oyunları keçirilib. Allsport.az xəbər verir ki, günün ilk matçında “Sabah” “Sumqayıt”la üz-üzə gəlib.

Çempion son pillələrdə qərarlaşan “Gənclər şəhəri” təmsilçisi ilə görüşdə aşkar favorit olduğunu sübuta yetirib. Bütün perodlarda rəqibini üstələyən “Sabah” fərqli qələbə qazanıb. Oyun meydan sahiblərini 26 xal fərqli üstünlüyü ilə bitib.

Digər qarşılaşmada isə “Xırdalan” “Neftçi”ni sınağa çəkib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelində “ağ-qaralar” şanslı sayılırdı. Onlar oyuna yaxşı başlayaraq, ilk periodu qələbə ilə başa vurublar. Sonradan özünə gələn “Xırdalan” daha dəqiq atışlarla hesabda önə keçib.

16:30. “Sabah” – “Sumqayıt” – 105:79 (28:24, 31:16, 24:20, 22:19)

19:30. “Xırdalan” – “Neftçi” – 102:80 (13:22, 33:20, 20:17, 36:21)

Həmin kateqoriyadan