Nigar Arpadarai: İndiyədək daha çox 4-günlük biletlər satılıb

27-29 aprelində paytaxtda Formula1 Azərbaycan qran-prisi üçün Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb. Allsport.az saytı xəbər verir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib. Onun sözünə görə, ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib:

“Bu günə olan məlumata görə, ən çox bilet alan ölkələr siyahısında ilk üçlükdə Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 faizini təşkil edir. İndiyədək daha çox 4-günlük biletlər satılıb.

Digər tərəfdən yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadır. Biz ötən həftə “Jamiroquay” musiqi qrupunun aprelin 27-də “Büllur” sarayda konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını da növbəti həftələrdə açıqlayacağıq”.

Xatırkadaq ki, hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 faiz aşağı qiymətə təklif olunur. Bu endirim yarış başlayana qədər davam edəcək.

Həmin kateqoriyadan