Niki Lauda: “Ferrari” indi bizdən güclüdür”

“Mersedes” qeyri-icraçı direktoru Niki Lauda “Ferrari” komandasını tərifləyib. Allsport.az saytı xəbər verir ki, açıqlamasında o, rəqibin hazırda çox güclü olduğunu deyib. F-1.az-ın məlumatına görə, “Mersedes” 2014-2016-cı illərdə 51 qələbə qazansa da, “Ferrari” builki mövsümə daha güclü başlayaraq, 4 yarışdan ikisində qalib gəlib:

“Ferrari hazırda öndədir. Geridə qalan yarışları təhlil edib, çatışmazlıqları tapmalıyıq. Hamı Barselonaya yeniliklər gətirəcək. Ferrari 1, biz 2, Red Bull 3 addım atsa, bütün komandaların gücü bərabərləşəcək.

Hazırda bolidimiz normadan ağırdır. Buna görə də bolidi yüngülləşdirməyin yollarını tapmalıyıq. Bundan başqa Ferrari Pirelli-nin yeni təkərlərini daha yaxşı başa düşdü və hazırda bundan istifadə edir. Məqsədimiz Barselonada onları geridə qoymaqdır”.

Həmin kateqoriyadan