Nizami rayonu məktəblilərinin yarışı keçirilib

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə paytaxtın Nizami rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Allsport.az xəbər verir ki, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 20 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 251 saylı orta məktəbin komandası layiq görülüb. 277 və 70 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.

Həmin kateqoriyadan