- Baxış sayı: 45
- 17 Sentyabr 2026 12:53
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Dünən DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Norveç matçı öncəsi bir azarkeş Bakı olimpiya stadionuna kəsə yolla getmək istərkən, idman qurğusunun yaxınlığında yerləşən körpüdən yıxılıb.
Allsport.az xəbər verir ki, Nahid Zahidov adlı şəxs hazırda reanimasiyadadır. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Onun müayinə və müalicə xərclərini isə AFFA öz üzərinə götürüb.