- Baxış sayı: 49
- 11 Noyabr 2026 22:17
- Baxış sayı: 347
- Noyabr 09, 2026
- 0

18-19 avqustda İspaniyada 12 komandanın iştirakı ilə 3×3 basketbol üzrə dünya qadın sıralamasının növbəti mərhələsi olacaq. Allsport.az saytı xəbər verir ki, Melilya mərhələsində millimiz “C” qrupunda İspaniya yığması və “Yuanda” (Çin) klubu ilə qarşılaşacaq.
Digər təmsilçimiz “Neftçi” idman klubu “B” qrupunda “Düsseldorf Zoos”(Almaniya) klubu və Portuqaliya seçməsi ilə mübarizə aparacaq.
Qruplarda ilk 2 yeri tutanlar 1/4 finala adlayacaqlar.