NTD çempionatın şəriksiz lideridir

Allsport.az xəbər verir ki, 1 aprel “Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) 23-cü turunun 2 oyunu baş tutub. Günün ilk oyununda NTD komandası, region təmsilçisi “Olimpik Şəki” ilə üz-üzə gəlib. NTD basketbolçuları bu oyunda 102:71 hesablı rahat qələbə qazanaraq, çempionatın vahid lideri olublar.

Ən məhsuldar basketbolçular: “NTD” (Brayson Robinson – 24 xal, 7 ötürmə ), “Olimpik Şəki” ( Larri Robinson – 21 xal, 6 ötürmə ) Günün ikinci oyunu “Neftçi” və “Sərhədçi” basketbolçuları arasında keçirilib. Bu görüşdə 89:77 hesablı qələbə qazanan “Neftçi”, rəqibinin play-off şanslarını azaldıb.

Ən məhsuldar basketbolçular: “Neftçi” ( Yuriy Kondrakov – 22 xal, 11 ribaund, 11 ötürmə ), “Sərhədçi PİK” ( Maksvel Starvud – 24 xal, 3 götürmə )

23-ci tura “Gəncə” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq

Həmin kateqoriyadan