“NTD-İndiqo” liderliyə yüksəldi

Bu gün basketbol üzrə Azərbaycan çempionatında V tur çərçivəsində daha 1 matç keçirilib.

Allsport.az xəbər verir ki, ikinci oyun gününün yeganə görüşündə “Xırdalan” “NTD-İndiqo”nu sınağa çəkib.

Oyuna yaxşı başlayan Xaçmaz təmsilçisi böyük fasiləyə 49:35 hesabı ilə öndə yollanıb. Son 2 periodda “Xırdalan” daha üstün olsa da, bu onları məğlubiyyətdən xilas etməyib.

15:00 “Xırdalan” – “NTD-İndiqo” – 86:96 (20:26, 15:23, 21:19, 30:28)

Həmin kateqoriyadan