NTD və “Gəncə” turu qalib tamamlayıb

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) 24-cü turunun 2 oyunu baş tutub.

Allsport.az xəbər verir ki, günün ilk görüşündə region təmsilçisi “Zirvə Astara”, paytaxt klubu NTD ilə üz-üzə gəlib. NTD bu matçda 112:92 hesablı qələbə qazanaraq ilk pilləyə yüksəlib. Ən məhsuldar basketbolçular: “Zirvə Astara” ( Darin Conson – 30 xal, 6 götürmə), NTD ( Brayson Robinson – 17 xal, 8 ötürmə)

Turun bağlanış oyunu “AAAF Xırdalan” və “Gəncə” arasında keçirilib. Bu vacib qarşılaşmada 94:83 hesablı qələbə qazanan “Gəncə” liderləri izləməyi davam etdirir. Ən məhsuldar basketbolçular: “Gəncə” ( Amil Həmzəyev – 24 xal, 6 götürmə), “AAAF Xırdalan” ( Deymon Makdouel – 21 xal, 4 götürmə)

Həmin kateqoriyadan