Oğlan və qız millilərimizin qitə çempionatındakı rəqibləri

Rumıniyanın Piteşti şəhərində 20 yaşlı oğlanlar arasında Avropa çempionatı “B” divizionun oyunları baş tutacaq. Püşkatmaya əsasən U-20 yığmamız “B” qrupunda, Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya seçmələrinə rəqib olacaq .

Allsport.az xəbərv verir ki, 23-28 iyul Albaniyanın Elbasan şəhərində 18 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı “C” divizionunda U-18 yığmamız “B” qrupunda, Moldova, Ermənistan və Monako komandalarının rəqibi olacaq. Eyni tarixlərdə U-18 qız millimiz isə, Kosovonun Priştina şəhərində Avropa çempionatı “C” divizionunun “B” qrupunda, Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək.

9-14 iyul Albaniyanın Durres şəhərində 16 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı “C” divizionunda U-16 yığmamız “A” qrupunda, Albaniya, Malta və Moldova komandalarının rəqibi olacaq. Eyni tarixlərdə U-16 qız komandamız isə, Cəbəllütariqdə baş tutacaq Avropa çempionatı “C” divizionunun “A” qrupunda, Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq.

Həmin kateqoriyadan