Oğlanlarda 2 saylı RİOEUGİM, qızlarda 6 nömrəli İOEUGİM qalib oldu

Həndbol üzrə yeniyetmələrin Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub.
Allsport.az xəbər verir ki, “AHF Arena”da təşkil edilən yarışda 2008-2010 cu il təvəllüdlü oğlanlar və qızlar qüvvələrini sınayıblar.

Açılışda iştirakçıları salamlayan Azərbaycan həndbol federasiyasının idman şöbəsinin müdiri, Avropa həndbol federasiyasının nümayəndəsi İsgəndər Əsgərovla olimpiya çempionu Lüdmila Şubina onlara uğurlar arzulayıb, bu cür yarışların perspektivli həndbolçuların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.

Oğlanların yarışında daha yaxşı oyun nümayiş etdirən Bakı-2 (2 saylı RİOEUGİM) qalib ayrılıb. Bakı-1 (6 saylı İOEUGİM) ikinci, Mingəçevir kollektivi üçüncü yeri tutub. Cəlilabad həndbolçuları sonuncu olublar.

Qızların mübarizəsi Bakı-1-in (6 nömrəli İOEUGİM) qələbəsi ilə nəticələnib. Bakı-2 (2 saylı RİOEUGİM-1) ikinci, Şirvan komandası üçüncü, Bakı-3 (2 nömrəli RİOEUGİM-2) dördüncü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan