- Baxış sayı: 94
- 06 İyul 2026 12:07
- Baxış sayı: 289
- İyul 08, 2026
- 0

Allsport.az xəbər verir ki, kanadalı tennisçi, dünya reytinqinin 4-cü pilləsində qərarlaşan Feliks Oje-Alyassim Uimbldonun 1/4 finalında serbiyalı Novak Cokoviçə məğlubiyyətini şərh edib:
“Yekunda bu, idmanımızın əfsanələrindən birinə qarşı inanılmaz mübarizə idi. Təbii ki, çox məyusam. Parisdə də 1/4 finalda oxşar vəziyyət yaşamışdım, indi isə burada. Karyeram ərzində də bərabər keçən matçları uduzduğum hallar olub. Gələcəkdə nəticəni dəyişmək üçün nəyi fərqli etməli olduğumu anlamalıyam. Bununla belə, göstərdiyim mübarizə ilə fəxr edirəm və yoluma davam edəcəyəm.
25 yaşlı tennisçi 5 saatdan çox davam edən gərgin qarşılaşmada 39 yaşlı rəqibinə 6:7, 6:3, 3:6, 7:6, 6:7 hesabı ilə uduzub.