- Baxış sayı: 68
- 07 Avqust 2026 16:57
- Baxış sayı: 203
- Avqust 05, 2026
- 0

“Vankuver Kanuks” yeni baş məşqçi təyin olunduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, aprelin sonunda Kanada klubundan ayrılan Rik Tokketanın yerinə komandaya 2023-cü ilin yanvarından köməkçi məşqçi kimi çalışan 53 yaşlı Adam Fut təyin olunub.
Fut xokkeyçi kimi Kanada millisinin heyətində 2002-ci ildə olimpiya çempionu olub.
Keçən müntəzəm mövsümdə “Vankuver” qərb konfransı cədvəlində onuncu yeri tutaraq pley-offa çıxa bilməyib.