Olimpiya çempionundan “Kəpəz”ə növbəti dəstək

Premyer Liqanın 30-cu turunda keçirilən “Kəpəz” – “İnter” matçını (1:1) olimpiya çempionu Toğrul Əsgərov da izləyib.

Allsport.az saytı xəbər verir ki, “dördilliy”in ən böyük yarışının qalibi Gəncə klubunun azarkeşi kimi tanınır və mütəmadi olaraq komandanın evdə və səfərdə keçirilən oyunlarında tribunada yer alır.

Titullu bahadır oyuna baxmağa gəlməsi fanatların da diqqətini çəkib, azarkeşlər “Toğrul, Toğrul” deyə güləşçini salamlayıblar. Oyun boyu “sarı-göylər”ə dəstək verən pəhləvan görüşdən sonra azarkeşlər ilə şəkil çəkdirib.

Həmin kateqoriyadan