- Baxış sayı: 46
- 25 Sentyabr 2026 18:34
- Baxış sayı: 125
- Sentyabr 25, 2026
- 0

Tərtər olimpiya kompleksində bədii gimnastika üzrə 29-cu Azərbaycan birinciliyi keçirilir.
Allsport.az xəbər verir ki, yarışın ikinci gününün günorta sessiyasında bir neçə yaş qrupları üzrə qaliblər müəyyənləşib.
2014-cü il təvəllüdlü uşaqlar arasında keçirilən çoxnövçülük yarışında Mişel Aniskina qələbəsini bayram edib. Elissa Əliyeva gümüş, Fatimə Tarverdiyeva isə bürünc medal qazanıb.
2015-ci il təvəllüdlü uşaqlar arasında Mira Özəl mütləq çempionluq əldə edib. Nilay Pünhanlı gümüş qazanıb. Leyla Kərimli isə ilk “üçlüy”ü qapayıb.
2016-cı il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə Suel Qasımova birinci olub. İkinci yeri Gülər Xanseyidova, üçüncü pilləni Aylin Gözəlova tutub.