- Baxış sayı: 36
- 11 İyun 2026 16:38
- Baxış sayı: 119
- İyun 25, 2026
- 0

Allsport.az xəbər verir ki, 8-18 iyun tarixlərində Kubanın paytaxtı Havanada beynəlxalq ağırlıqqaldırma federasiyasının qran prisi start verilib.
Paris-2024 olimpiya oyunlarına lisenziya xarakterli turnirdə 72 ölkədən 272 atletin iştirak edəcəyi gözlənilir. Yarışda Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Onlardan ilk olaraq Ömər Cavadov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Təmsilçimiz toplam 311 (144+167) kq nəticə göstərib və 6-cı pillədə qərarlaşıb.