Sergey Omelçenko Avropa çempionatında çox aşağı nəticə göstərdi

İsveçrənin Qrenhen şəhərində keçirilən velosiped idmanının trek növü üzrə Avropa çempionatına bu gün yekun vurulub. Allsport.az xəbər verir ki, yarışın sonuncu günü yığma komandamızın üzvü Sergey Omelçenko keyrin növündə mübarizə aparıb.

Təsnifat mərhələsinin ilk yürüşündə idmançımız 5 velosipedçi arasında ikinci olaraq birbaşa yarımfinala vəsiqə qazana bilməmişdi. Reqlamentə əsasən yalnız 6 qrupun qalibi birbaşa yarımfinal mərhələsində iştirak hüququ əldə edirdi.

Medallar uğrunda mübarizəni davam etdirən qalan 6 iştirakçı isə təsəlliverici yürüşdən sonra müəyyənləşib. Bu üzdən Omelçenkonun da yarımfinala çıxmaq üçün daha bir imkanı vardı. Bunun üçün növbəti yürüşü qrup qalibi kimi başa vurmaq lazım idi. Amma Omelçenko təsəlliverici yürüşdə 2-ci olmaqla Avropa çempionatının yarımfinalına vəsiqə qazana bilməyib və çıxışını başa vurub.

Həmin kateqoriyadan