Ötən ayın ilk 3-lüyü

Milli xokkey liqası rəsmi saytında dekabr ayının ən yaxşı üç oyunçusunun adını açıqlayıb.

Allsport.az xəbər verir ki, beləliklə, ilk ulduz “Kolorado Avalançe”nin hücumçusu Natan Makinnon olub. Kanadalı dekabrda 15 oyun keçirib və bu oyunlarda 29 (11+18) xal toplayıb.

İkinci ulduz “Toronto Maple Leafs”ın hücumçusu Oston Metyus (15+6), üçüncü isə 9 oyunda 7 qələbə qazanan “Vinnipeg Jets”in qapıçısı Konnor Hellebuyk olub.

Həmin kateqoriyadan