“Ötən ildən qalan bəzi texniki problemləri hələ də davam edir”

Allsport.az saytı xəbər verir ki, Bəhreyndə keçirilən sınaqların 2-ci günündə Lüis Həmiltonun bolidinin arxa hissəsində problem aşkarlanıb. Mətbuat konfransı zamanı, britaniyalı pilot, testlərin “Mersedes” üçün asan olmadığını və V-14 modelində keçən ildən bəzi məhdudiyyətlərinin aradan qalxmadığını deyib:

“Testlərin nəticəsini vermək hələ tezdir. Birinci gün yaxşı keçsədə, dünən çətin oldu. Sirkələnmə ilə bağlı ptoblemimiz həll olunub. Trasda əsmə olmadan bolidi idarə etmək xoş bir hissdir. Ötən ildən qalan bəzi texniki problemləri hələ də davam edir.

Komanda üzvləri ilə qürür duyuram. Çətin keçən son mövsümdən sonra, hamı yüksək əhval-ruhiyyədədir. Uzun illərdir ki, bu kollektivdə çıxış edirəm. Hər il inamla mübarizə aparırıq. Biz mütləq layiq olduğumuzu qazanacağıq“.

Həmin kateqoriyadan