- Baxış sayı: 65
- 24 Aprel 2026 12:40
- Baxış sayı: 153
- Aprel 24, 2026
- 0

“Laureus” mükafatı tez-tez idmanın “Oskarı” adlanır. Yalnız 2000-ci ildən mövcud olsa da, artıq ən nüfuzlu idman mükafatına çevrilib və kortda deyil, axşam geyimli insanlarla dolu gözəl zallarda qazanılıb. Allsport.az saytı xəbər verir ki, kubokun özünün “Cartier” tərəfindən tərtib edilməsi onun statusunu daha artırır.
Tennis mükafatın tarixində dominantlıq edib. Tennisçilər 13 dəfə “İlin idmançısı” mükafatını qazanıblar, Rocer Federer və Novak Cokoviç isə hər biri rekord sayda – 5 kərə nail olublar. Qadın tennisçilər 8 dəfə bu mükafatını qazanıblar, o cümlədən Serena Uilyams rekord sayda – dörd dəfə qazanıb. Tennisçilər hər biri yeddi dəfə “İlin qayıdışı” və “İlin mailiyyəti” mükafatlarına yiyələniblər.





