Pərəstişkarları Qumenniki “çar” adlandırdılar

Samarada fiqurlu konkisürmə üzrə Rusiya qran prisinin 5-ci mərhələsi başa çatıb. Allsport.az xəbər verir ki, kişilərin yarışında Pyotr Qumennik ümumi 300,66 xalla qalib gəlib.

Roman Savosin (288,46) ikinci, Aleksandr Samarin (263,21) ilk üçlüyü qapayıb. Qadınların yarışında ümumilikdə 216,08 xal toplayan Kseniya Sinitsina qalib gəlib. Dərya Sadkova (210,71) 2-ci, Kseniya Quşçina üçüncü (197,92) olub.

Duetlər üzrə ən yaxşı nəticələri ümumilikdə 208,99 bal toplayan Yelizaveta Xudayberdiyeva və Yeqor Bazin göstəriblər.

Həmin kateqoriyadan