Petr Çex xeyriyyə xokkey matçında Belfastın ulduz komandasında çıxış edəcək

“Çelsi”nin və “Arsenal”ın sabiq qapıçısı Petr Çex Ukraynanın “Dnepr” komandası ilə xokkey oynayacaq.

Allsport.az xəbər verir ki, bilet satışından əldə edilən bütün gəlir Ukraynanın xokkey arzusu fonduna bağışlanacaq. Qeyd olunur ki, bu, fondun 2022/23 mövsümü üçün 15,6 milyon dollar məbləğində vəsait toplamaq üzrə qlobal məqsədinə nail olmağa kömək edəcək.

Pul Ukrayna üzrə 100-dən çox klub və 15 məktəbdən 7500-ə yaxın gənc oyunçu, məşqçi və işçi heyətinə dəstək üçün istifadə olunacaq.

Xatırladaq ki, 40 yaşlı sabiq futbolçu 2022-ci ilin noyabrında Böyük Britaniyanın “Çelmsford” xokkey klubu ilə müqavilə imzalayıb.

Bu mövsüm Çex komandanın heyətində 11 oyun keçirib.

Həmin kateqoriyadan