“Prezident kuboku” beynəlxalq reqatası ilk dəfə Avropa kanoe assosiasiyasının təqvim planında

Azərbaycanda avarçəkmə idman növünü inkişaf etdirmək və beynəlxalq səviyyədə tanıtmaq üçün çalışan AKAF daha bir uğura nail olub. Allsport.az saytı xəbər verir ki, federasiyanın 4-7 mayda ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-illik yubileyinə Suqovuşan və Mingəçevirdə planlaşdırdığı “Prezident kuboku-2023” beynəlxalq reqatası ilk dəfə Avropa kanoe assosiasiyasının təqvim planına daxil edilib.

Assosiasiyanın rəsmi internet səhifəsinin xəbər bölməsində yarışla bağlı məlumat da dərc olunub.
Xatırladaq ki, AKAF-ın 2022-ci il, 21-23 oktyabr tarixlərində təşkil etdiyi Mingəçevir reqatasıda Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa kanoe assosiasiyasının təqvim planında yer almışdı.

Həmin kateqoriyadan