Qərarlar ilə razılaşmayaraq dəbilqəsini qəzəblə hakimə tərəf atıb

Denverdə (ABŞ) Ball arena stadionunda milli hokkey liqasında “Kolorado Avalançe” “San Xose Şarks”ı qəbul edib.

Allsport.az xəbər verir ki, bu oyunda meydan sahibləri 6:0 hesabı ilə qalib gəliblər.

Üçüncü hissənin əvvəlində hakim “San Xose Şarks”ın ulduz oyunçusu Erik Karlssona qarşı qayda pozuntusunu qeydə almayıb. Karlsson hakimin qərarı ilə razılaşmadığını nümayiş etdirərək dəbilqəsini hakimə tərəf atıb. Karlsson qeyri-idman hərəkətinə görə 2 cərimə dəqiqəsi və 10 dəqiqəlik qayda pozuntusu cəzası alıb.

Xatırladaq ki, həmin vaxt hesab artıq 6-0 “Kolorado”nun xeyrinə idi.

Həmin kateqoriyadan