- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 85
- Sentyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, 3×3 basketbol üzrə dünya qadın seriyasının Priştina mərhələsində ilk oyun gününün görüşləri yekunlaşıb.
“B” qrupunda ikinci oyununu keçirən qadın millimiz “Qyor” (Macarıstan) klubuna 9-21 hesabı ilə məğlub olaraq mübarizəni qrupdaca dayandırıb.
“D” qrupunda qərarlaşmış təmsilçimiz “Neftçi” idman klubu isə ikinci oyununda Kosova millisinə 20-9 hesabı ilə qalib gəlməyi bacarıb və qrup lideri kimi 1/4 finala vəsiqəni təmin edib. 1/4 finalda “Neftçi” nin rəqibi “Qyor” (Macarıstan) klubu olacaq.