Qafqaz Universitetinin tələbələri arasında velosiped yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və Qafqaz Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ali təhsil müəssisəsinin tələbələri arasında yarış təşkil edilib. Allsport.az xəbər verir ki, federasiyanın texniki dəstəyi ilə keçirilən və universitet ərazisində baş tutan yarışda 26 komanda iştirak edib.

Tərkibi iki oğlan və iki qızdan ibarət olan komandalar estafet sistemi üzrə mübarizə aparıblar. Nəticələrə gəlincə, “Mountain Bicycle” komandası 1-ci, “404 not found” 2-ci, “Sky” isə 3-cü olub. Mükafata layiq yerlər tutan komandalar medal, diplom və kubokla təltif ediliblər.

Həmin kateqoriyadan