“Qarabağ” Gürcüstanda 4-cü olub

Oktyabrın 28-də Gürcüstanın Lentexi vilayətində beynəlxalq reqbi festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi yarışda “Qarabağ”ın (Şuşa) yeniyetmələrdən ibarət komandası təmsil edib.

Təmsilçimiz qrupda “Xaşuri” kollektivini 15:0, “Amaranti”ni 25:0 və “Kobuleti”ni 20:0 hesabı ilə udmaqla maksimal göstərici ilə qrupda birinci yeri tutub.

1/4 final mərhələsində “Lentexi” komandasına 15:0 qalib gələn Şuşa təmsilçisi yarımfinalda “Raşebi”yə 0:5, 3-cü yer uğrunda görüşdə isə Samtredia şəhərindən olan “Feniks” komandasına əlavə olunan vaxtda qızıl xal ilə 5:10 hesabı ilə məğlub olub və 12 komanda arasında 4-cü yeri tutub.

Festivalın ən yaxşı oyunçusu adını “Qarabağ”lı Nuran Novruzlu qazanıb.

Həmin kateqoriyadan