“Qarabağ” və “Azəryol”dan növbəti qələbələr

“Qarabağ” və “Azəryol”dan növbəti qələbələr

“AHF arena”da qadın həndbolçuların yüksək liqasında növbəti oyunlar keçirilib. Allsport.az saytı xəbər verir ki, görüşlərdə sensasiya qeydə alınmayıb və liderlər ardıcıl qələbələr qazanıblar:

17-ci tur
“Azəryol” – U-16 50:19 (27:3)
“Qarabağ” – “Azərsu” 42:11 (18:9)

18-cı tur
“Azərsu” – “Qarabağ” 17:34 (6:18)
U-16 – “Azəryol” 17:34 (6:18)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan