“Qarabağ” yeni lider oldu

Həndbol üzrə Azərbaycan çempionatında V tura start verilib.

Allsport.az xəbər verir ki, qadınların mübarizəsində lider dəyişib.

“Bakı”nın fərqli məğlub edən “Qarabağ” 1-ci pilləyə yüksəlib. Ona liderlərin öz aralarında heç-heçə oynaması şərait yaradıb. “Azəryol” – “Kür” qarşılaşmasında tərəflər hərəyə 30 dəfə fərqləniblər.

Kişilərin çempionatında “Bakı” ilk məğlubiyyətini alıb. “Şəhərlilər” “Bakı”ya iki top fərqi ilə uduzublar. “Qarabağ” isə “Təhsil”lə oyunda ciddi müqavimətlə üzləşməyib.

Qadınlar

14 dekabr
16:00. “İdman Akademiyası” – “Gənclərbirliyi” – 28:20
17:30. “Qarabağ” – “Bakı” – 41:12

16 dekabr
12:00 “Azəryol” – “Kür” – 30:30

Kişilər
16 dekabr
10:00. “Təhsil” – “Qarabağ” – 22:36
14:00. “Bakı” – “Azəryol” – 29:31

Həmin kateqoriyadan