- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 38
- İyun 26, 2026
- 0

Dünən həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, kişilərin mübarizəsində “Azəryol” öz meydançasında “Qarabağ”a 25:22 yenilib. Matçla bağlı qalib komandanın baş məşqçisi Emin Aydəmirov açıqlama yayıb:
“Bu gün bizim debütant “Qarabağ” yubiley çempionatın ilk oyununda əzmkar qələbə qazanıb. Komandaya dəstək olanlara minnətdarlığımızı bildiririk. Məqsədimiz Azərbaycan çempionu olmaqdır. Bu, çox çətin bir yoldur, amma biz bu yola cixmağa hazırıq və bu gün ilk addımı atdıq”.