“Qarşılaşmaya yaxşı başlamadıq”

8 noyabr – Zəfər günündə “Sərhədçi” idman mərkəzində FİBA Avropa kubokunun “D” qrupunun 4-cü turunda “Sabah”ın basketbolçuları Qaradağın “Mornar” klubuna 81:74 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında amerikalı basketbolçumuz Smit Donovan tarixi qələbə ilə bağlı bunu söyləyib:

“Qarşılaşmaya yaxşı başlamadıq. İlk iki periodda istədiyimiz oyunu sərgiləyə bilmədik. Lakin fasilədən sonra öz oyunumuzu tapdıq və qələbə qazandıq. Oyunun əvvəlində əsəbi və həyəcanlı idim. Bu səbəbdən öz oyunumu göstərə bilmirdim. Lakin oyunun gedişatında özümü toparladım”.

Həmin kateqoriyadan