“Qazandığımız mövqeni əldə saxlaya biləcəyimizdən əmin deyildim”

Formula-1 üzrə “AlfaTauri” komandasının sürücüsü Pyer Qasli mövsümdə ilk uğurunu Azərbaycan mükafat yarışında qazandı. Allsport.az saytı xəbər verir ki, o, Bakı şəhər halqasında finişi 3-cü keçdi.

“İnanılmazdır. Düzü, nə deyəcəyimi bilmirəm. Çox gərgin yarış idi və son 2 dövrə çox gərgin şəraitdə keçdi. Bolid bütün həftəsonu yaxşı performans göstərdi. Sıralanma turu çox vacib idi.

Qazandığımız mövqeni əldə saxlaya biləcəyimizdən əmin deyildim, hətta podium uğrunda mübarizə aparacağımı belə bilmirdim, amma sonda istəyimizə nail olduq.

Bundan öncə fəxri kürsüdə 1-ci və 2-ci yeri qazanmışdım. İndi də 3-cü yeri tutmaqla, bütün yerlərdə qərarlaşdım”.

Həmin kateqoriyadan