Qış idman növləri federasiyası yaradılıb. Fuad Nağıyev prezident seçilib

Yanvarın 31-də gənclər və idman nazirliyində Azərbaycan xizək idman növlərinin federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, dövlət himni səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra, xizək idman növlərinin federasiyasının prezidenti Rauf Xəlilov qurumun son illərdəki fəaliyyəti barədə hesabat verib. Federasiyanın adında və nizimnaməsində dəyişikliklər edilib. Bundan sonra təşkilat Azərbaycan qış idman növləri federasiyası adlanacaq.

Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət turizm agentliyinin sədri Fuad Nağıyev yeni prezident seçilib. O, çıxışında etimada görə təşəkkür edib və bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Konfransda həmçinin, Florian Sengstschmid federasiyanın vitse-prezidenti seçilib. Bundan başqa Elvira Zəkərayeva, Nasir Ferhadov, Tomas Eugen Thor Jensen, Daşqın Abbasov və Ruslan Behbudov federasiyanın İdarə Heyətinin üzvü seçiliblər.

Tədbirdə milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və qış idman növləri federasiyasının vitse-prezidenti Florian Sengstschmid çıxış ediblər.

Həmin kateqoriyadan