Qış idman növləri federasiyasının prezidenti fiqurlu konkisürənlərimizlə görüşüb

Martın 11-də Azərbaycan qış idman növləri federasiyasının prezidenti Fuad Nağıyev fiqurlu konkisürmə üzrə millinin üzvü – Yekaterina RyabovaVladimir Litvintsev ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, toplantıda o, martın 21-27-də Fransanın Monpelye şəhərində keçiriləcək dünya çempionatına hazırlıqla maraqlanıb, idmançılara tövsiyələrini verib və uğurlar arzulayıb.

Planetin ən güclülərinin yarışında ölkəmizi adları çəkilənlərlə yanaşı, buz üstündə rəqsdə Yekaterina KuznetsovaAleksandr Kolosovski də təmsil edəcəklər.

Həmin kateqoriyadan