- Baxış sayı: 33
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

Olimpiya çempionu, SSRİ basketbolunun əfsanəvi simalarından biri İvan Yedeşko vəfat edib.
Allsport.az xəbər verir ki, 1972-ci il Münhen yay olimpiya oyunlarının qalibi olan sabiq basketbolçu 82 yaşında dünyasını dəyişib.
İvan Yedeşko dünya basketbolu tarixinə Münhen-1972 olimpiadasının finalında ABŞ yığmasına qarşı görüşün son saniyələrində Aleksandr Belova ünvanladığı məşhur “qızıl ötürmə”nin müəllifi kimi düşüb.
Həmin epizod SSRİ yığmasına 51:50 hesablı qələbə və Olimpiya qızıl medalını qazandırmışdı.
İvan Yedeşko 1974-cü ildə dünya, 1971 və 1979-cu illərdə Avropa çempionu olub, həmçinin uzun illər Moskvanın MOİK klubunun şərəfini qoruyub.