Qızlar qitə çempionatında mübarizəyə başlayır

18-23 iyulda Andorrada 16 yaşlı qız basketbolçuların Avropa çempionatının “C” divizionun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda qərarlaşmış U-16 millimiz, ev sahibələri, Albaniya və Moldova qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evrən Alqayanın rəhbərlik etdiyi komandamızın ilk oyunu 18 iyulda Bakı vaxtı ilə saat 21:30-da yerlilərə qarşı olacaq. Avropa çempionatının bütün oyunları FİBA-nın rəsmi Yutub hesabından canlı yayımlanacaq.

Həmin kateqoriyadan