- Baxış sayı: 49
- 11 Noyabr 2026 22:17
- Baxış sayı: 347
- Noyabr 09, 2026
- 0

Allsport.az xəbər verir ki, Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının “C” divizionunda millimizin qrup oyunları yekunlaşıb. B qrupunda qərarlaşmış millimiz, qrupun sonuncu oyununda Albaniya seçməsini 69:64 hesabı ilə məğlub edib və qrup lideri kimi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Qızlardan ibarət yığmamızın yarımfinalda rəqibi Gürcüstan yığması olacaq. Oyun 22 iyul Bakı vaxtı ilə saat 21:30 -da başlayacaq.