“Qolden Steyt”ə qələbə qazandırdı

Dekabrın 1-inə keçən gecə NBA-da müntəzəm mövsümün 9 oyunu baş tutub. Allsport.az saytı xəbər verir ki, “Qolden Steyt” evdə “Klippers”i Stiven Karrinin 26 xalı sayəsində məğlub edib – 120:114.

Yannis Antetokounmpo (26 xal + 14 götürmə) və Damien Lillardın (18 xal + 13 ötürmə) dubl-dublları “Miluokini”nin “Çikaqo” ilə səfər matçında yenilgidən xilas edə bilməyib – 113:120.

“Leykers”də Entoni Davis (31 xal + 14 götürmə) və Lebron Ceyms (21 xal + 12 götürmə) dubl-dabl etmələrinə baxmayaraq, səfərdə “Oklaxoma Citi”yə uduzub.

Həmin kateqoriyadan