“Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı”

“Sabah”ın basketbolçuları FİBA Avropa kubokunun “D” qrupunun 3-cü turunda Çex Respublikasında “Nimburk” 61:95 uduzub. Allsport.az xəbər verir ki, matçdan sonra baş məşqçimiz Boban Mitev FIBA fikirini bölüşüb:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu. “Nimburk” çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar.

22 hücum ribaundu, 18 uğursuz sərbəst atış və 23 top itkisi. Məğlubiyyətimizə səbəb bunlardır. Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı”.

Həmin kateqoriyadan