Ravin Alməmmədovdan 5 Azərbaycan rekordu!

Allsport.az xəbər verir ki, may ayının 25-27-də Şüvəlan qəsəbəsindəki ağır atletika akademiyasında keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində son yarış günü davam edir.

Turnirdə iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın atlet qeydiyyatdan keçib.
Çəkisi 81 kq-a qədər olan atletlərin mübarizəsi maraqlı alınıb. Toplam 307 kq (136+171) çəkinin öhdəsindən gələn Ravin Alməmmədov qızıl medala sahib çıxıb.

Toplam 258 kq (115+143) nəticə göstərən Hüseyn Heydərov gümüş, toplam 228 kq (105+123) nəticə göstərən Nicat Babayev isə bürünc medala layiq görülüb.
Ravin Alməmmədovun nəticə əlamətdar olub. Onun birdən qaldırmada ram etdiyi 136 kq yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kq və toplamdakı 307 kq nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordudur.

Həmin kateqoriyadan