“Red Bull” Bakıya öndə gəlir

4-6 iyunda Formula-1 dünya çempionatının 6-ci mərhələsi start götürəcək. Allsport.az saytı xəbər verir ki, 6003 metr uzunluğu olan Bakı şəhər halqasında sürücülər 51 dövrə vuracaqlar. 

Azərbaycan mükafat yarışına “Red Bull Rasinq”dan Maks Ferstappen öncül olaraq yollanacaq. Belçikalı pilotun 105 xalı var. Ondan 4 xal geridə olan 5-qat dünya çempionu Lüis Həmilton 2-cidir.

Ötən bazar Monako qran-prisində 3-cü yer tutan “Maklaren” komandasının sürücüsü Lando Norris bu sıralamada ilk 3-lüyü qapasa da, 56 xalla adı çəkilən həmkarlarından çox geridədir.

Mühəndislər kubokunda da Avstriya komandası öndədir. “Red Bull Xonda”nın 149 xalı var. Cari ötüşmədə 3 dəfə dubl edən “Mersedes”in 148 xala malikdir. “Maklaren” 80 xalla 3-cüdür.

Həmin kateqoriyadan