“Red Bull” Nyu Yorkda yeni RB19 modelini nümayiş etməyəcək

Keçən mövsümünün Mühəndislər kubokunun sahibi “Red Bull fevralın 3-də Nyu Yorkda təqdimat mərasimi keçirəcək. Allsport.az saytı xəbər verir ki, ötən mövsümün çempionları yeni RB19-u ictimayyətə hələ nümayiş etməyəcək.

Son illərdə maşından öncə rəng çalarlarını təqdim etmək halı artıq adətə çevrilib. Bolidlər isə yalnız mövsüm öncəsi testlərdə təqdim olunur.

Həmkarlarından fəqrli olaraq, “Aston Martin”in texniki direktorunun müavini Erik Blandin fevralın 13-də Silverstounda keçiriləcək namayişdə rənglərin yox, yeni maşının görüntülərinin olacağını qeyd edib.

Həmin kateqoriyadan