- Baxış sayı: 73
- 03 Avqust 2026 21:56
- Baxış sayı: 99
- Avqust 10, 2026
- 0

“Red Bull” komandası testlərin ilk günündə sensor problemi yaşayıb və buna görə Daniel Rikkardo çox dövrə vura bilməyib. Allsport.az saytı xəbər verir ki, o, RB13 ilə 4-cü döngədə dayanıb və mövsümün ilk qırmızı bayraqları sallanıb. Bolid təxliyə edildikdən sonra sessiya davam edib. Avstriyalılar problemin səbəbi kimi sensoru göstəriblər və ciddi problem olmadığını deyiblər.
F-1.az xatırladır ki, hadisədən sonra Rikkardo boksda mühəndislərlə müzakirələr aparıb və sonra trasa çıxaraq 44 dövrə vurub və 1:22.926 zaman nəticəsi ilə 5-ci olub. Sabah RB13-ün sükanı arxasına Maks Ferstappen keçəcək və o da bu problemin yaxşı təhlil edilməsini istəyir…