- Baxış sayı: 63
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində səfər oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis San Marino millisi üzərində 1:0 hesablı qələbə barədə bunu deyib:
“Rəqibdən üstün idik. Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüf ki, qol imkanlarından kifayət qədər istifadə edə bilmədik. Bundan o qədər də razı qalmadım. Çətin vəziyyətdə Ruslan Qurbanov qol vurdu, amma asan epizodlarda nəticə hasil olmadı.
Bunun üzərində işləyəcəyik. Əsas odur ki, qələbə qazandıq və seçmə mərhələyə 3 xalla başladıq. Diqqəti artıq qarşıdakı çətin oyuna yönəltmək lazımdır”.