- Baxış sayı: 46
- 07 May 2024 22:58
- Baxış sayı: 150
- May 06, 2024
- 0
Allsport.az xəbər verir ki, NBA-da “Minnesoto Timbervolvs”, mövsümün son oyununda “Nyu Orleans Pelikans”ı 111:108 məğlub edib və qərb konfransını 8-ci yerdə tamamlayıb.
Qarşılaşma bu kritik qələbədən daha çox komandadaxili böhranla yadda qalıb.
Belə ki, “Timbervolvsun” fransız ulduzu Rudi Qobert fasilə zamanı komanda yoldaşı Kayl Andersonla şifahi mübahisə edib. Bu şifahi mübahisə uzanandan sonra Qobert əsəblərini saxlaya bilməyib Andersonun sinəsinə yumruq vurub. Bundan sonra komanda yoldaşları aralarına girərək hər ikisini sakitləşdirib.