“Sərhədçi” atçılıq mərkəzində “Arzu kuboku”

“Sərhədçi” atçılıq mərkəzinin açıq manejində “Arzu kuboku” keçirilib. Allsport.az saytı xəbər verir ki, konkur üzrə turnirdə ölkəmizin müxtəlif klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

“E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək atlarla iştirak ediblər. 12 çaparın mübarizədə Respublika atçılıq və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin təmsilçisi Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci yer tutub.

“L” kateqoriyası üzrə yarışda çaparlar hündürlüyü 110 sm olan maneələr üzrə mübarizə aparıblar. 17 idmançının iştirak etdiyi yarışda “Buta Golden” klubunun təmsilçisi İqor Morotski “Fine Chocolate” və “Astrello” ləqəbli atlarla 1-2-ci yerlərdə qərarlaşıb.

Turnirin sonuncu – “M**” kateqoriyalı yarışında iştirak edən 9 at hündürlüyü 125 sm olan maneələri dəf ediblər. Bu yarışda “Buta Golden” klubunun üzvü Eqor Morotski “Astrello” ləqəbli atla qalib adını qazanıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish