“Səfər matçına qələbə üçün yollanmışıq”

Allsport.az xəbər verir ki, “Gəncə”nin ABŞ-dan olan üzvü Culs Mur, Azərbaycan basketbol liqasının VII turunun “Cəlilabad”a qarşı oynayacaqları matç haqqında danışıb:

“Məşqlərimiz yaxşı keçib, biz oyuna tam olaraq hazırıq. Baş məşqçimizin də bildirdiyi kimi müdafiə xəttində çatışmazlıqlar var. Həftə ərzində bunun üzərində işləmişik. Səhvləri aradan qaldırmağa çalışmışıq. Basketbol kollektiv oyundur, kimisə ayrıca fərqləndirmək olmur. Hamımız bir olub işimizi layiqincə görməliyik. Səfər matçına qələbə üçün yollanmışıq. İnanıram ki, qarşıya qoyulan məqsədə çatacağıq. Öz oyunuma gəldikdə, mən həm müdafiədə, həm də hücumda eyni istəklə, enerji ilə oynayıram.

Komandamın uğur qazanması üçün meydanda əlimdən gələnin hamısını etməyə çalışıram. Məşqçilərin tapşırıqlarını yerinə yetirməyə səy göstərirəm. Nəticə qazanmaq istəyiriksə, bütün mövqelərdə uğurlu çıxış etməliyik”.

Həmin kateqoriyadan