Şəhid Muxtar Qasımlının xatirəsinə şahmat yarışının mükafatlandırma mərasimi

2-ci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Muxtar Qasımlının xatirəsinə şahmat turnirinin mükafatlandırma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, yarış Suraxanı rayon icra hakimiyyəti, Bakı şəhər gənclər və idman baş idarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə adı çəkilən rayonun icra başçısı Əziz Əzizov, Yeni Azərbaycan partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, icra hakimiyyəti 2-ci Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov iştirak ediblər.

Həmin kateqoriyadan