Şəki və Mingəçevir gimnastları ölkə birinciliyinə Bakıda hazırlaşırlar

Şəki olimpiya idman kompleksinin və Mingəçevirdə “Qədiroğlu” idman klubunun bədii gimnastika bölməsinin üzvləri MGA-da təlim-məşqdə iştirak etmək üçün paytaxta səfər ediblər. Allsport.az saytı xəbər verir ki, dekabrın 3-dək davam edəcək məşqlərə ümumilikdə hər iki komandadan 15 idmançı qatılıb.

Məşqlərin təşkili idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də dekabrın 8-11-də Şəkidə AGF-in yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.

Şəki olimpiya idman kompleksində 2021-ci, “Qədiroğlu” idman klubunda isə 2019-cu ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir. Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edirlər.

Həmin kateqoriyadan