“Sərhədçi” overtaymda əzimkar qələbə qazandı

Bu gün basketbol üzrə Azərbaycan çempionatında V tura start verilib.

Allsport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Son turda məğlub olan “Sərhədçi” ötən həftə ilk qələbəsini qazanan “Gəncə” ilə üz-üzə gəlib. Oyun maraqlı və gərgin mübarizə şəraitində keçib. Qonaq komanda 18 xallıq fərqlə önə keçsə də, “Sərhədçi” böyük əzimkarlıq nümayiş etdirib. Sona 14 saniyə qalmış meydan sahibləri Millerin “üclüyü” sayəsində hesabı bərabərləşdiriblər. Nəticədə əsas vaxtda qalib müəyyənləşmədiyi üçün overtaym oynanılıb. İlk 5 dəqiqədə heç-heçə başa çatdığından komandalar növbəti hissədə mübarizə aparıblar. Bu dəfə daha dəqiq oynayan “Sərhədçi” 1 xal fərqi ilə qələbə qazanıb.

18:00. “Sərhədçi” – “Gəncə” – 109:108 

Həmin kateqoriyadan